Dərc edilib: 01-02-2023

https://www.nuh.az/33769-.html

“Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur”

01.02.2023 21:58:17

İqtisadiyyat

“Vergilər sahəsində yoxlamalar dayandırılıb, bəli. Lakin bizə edilən müraciətlərdə və mediada görünür ki, sahibkarlar Dövlət Gömrük Komitəsindən (DGK) və Qida Təhlükəsizliyi Agentliyindən narazıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deyib. 

Deputat bildirib ki, DGK inhisarçılıqla məşğuldur və sahibkarları lazımsız sənədlər içində boğur: “Milli Məclis elektron xidmətlərin rasionallaşdırılması məqsədilə qanunlara, dəyişikliklərə səs verib. Azərbaycan Akkreditasiya Mərkəzindən sertifikatı olan şirkətlər incidilir, bu şirkətlərin əlini işdən soyudurlar”. 

Etibar Əliyev vurğulayıb ki, vergi sahəsində aparılan yoxlamaların dayandırılmasına kölgə salınmamalıdır: “Bu, bir addım irəli, iki addım geri olmamalıdır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib