Dərc edilib: 01-02-2023

https://www.nuh.az/33770-.html

Rumıniya Prezidenti sabah Azərbaycana səfər edəcək

01.02.2023 22:23:19

LIVE

Rumıniya Prezidenti Klaus Yohannis 2-3 fevral tarixlərində Azərbaycana səfər edəcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.

“Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 fevral 2023-cü il tarixlərində Azərbaycana rəsmi səfər edəcək”, - deyə mənbə bildirib.

Səfər çərçivəsində Əliyev və Yohannis arasında aparılacaq danışıqlar zamanı energetika, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunacaq.

Dövlət başçıları, həmçinin Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi kimi regional layihələrin həyata keçirilməsini müzakirə edəcək və rəqəmsal sahədə belə layihələrə start verilməsi məsələsini nəzərdən keçirəcəklər.

Bundan başqa, K.Yohannis fevralın 3-də Cənub Qaz Dəhlizi  Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib