Dərc edilib: 03-02-2023

https://www.nuh.az/33790-.html

Gözəllik salonundan 12 kq narkotik çıxdı - Foto

03.02.2023 13:43:46

LIVE

Lənkəranda gözəllik salonunda 12 kq-a yaxın narkotik və saxta pullar aşkarlanıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Lənkəran Şəhər RPŞ əməkdaşları tərəfindən şübhəli şəxs qismində Lənkəran sakinləri İsmayıl Hüseynli və tanışı İlahə Məmmədova saxlanılarkən onlardan ümumilikdə 12 kq-a yaxın narkotik vasitə, o cümlədən 9 kq 224 qr heroin, 2 kq 330 qr metamfetamin və saxta 2300 dollar aşkarlanıb.

Məlum olub ki, həmin şəxslər narkotik vasitəni və saxta əsginasları şəxsiyyəti istintaqla araşdırılan “Əfşin” adlı İran vətəndaşından satışını təşkil etmək məqsədi ilə əldə ediblər. Daha sonra İ.Məmmədova həmin narkotik vasitə və saxta əsginasları özünün işlətdiyi, Lənkəran şəhəri ərazisində yerləşən gözəllik salonunda gizlədib.

Ümumilikdə Lənkəran ŞRPŞ tərəfindən yanvarda 29 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib