Dərc edilib: 03-02-2023

https://www.nuh.az/33792-.html

Baş soxan gömrük rüsumundan azad edildi

03.02.2023 16:28:21

LIVE

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq Qərar verib.

Ölkəyə idxal olunan soğan mayın 1-dək gömrük rüsumundan azad olunub.

Nazirlər Kabinetinin digər qərarı ilə baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) “Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”na daxil edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib