Dərc edilib: 03-02-2023

https://www.nuh.az/33796-.html

Qanlı gölün və Poxlu dərənin adı dəyişdiriləcək....

03.02.2023 18:51:03

LIVE

“Qanlı göl”ün adının dəyişdirilməsi təklif olunub.

“Qafqazinfo”nun məlumatına görə, bu təklif Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qanlı göl” ərazisi ilə bağlı keçirdiyi ictimai dinləmədə səsləndirilib.

Görüşdə vaxtilə bu su hövzəsində batanların sayının çox olması səbəbindən onun “Qanlı göl” adlandırılması, habelə gölün adının dəyişdirilərək, “Canlı göl”, “Yaşıl göl” və ya “Şamlı göl” kimi adlardan birinin verilməsi də təklif olunub.

Qeyd edək ki, “Qanlı göl”ün ətrafındakı şamlıqda park salınacaq. Ərazidə boş olan yerlər də təqdim olunacaq, şirkətlər tərəfindən yaşayış binaları tikiləcək.

Parkın ərazisinin 6 hektar olacağı bildirilir.

NUH.az-a daxil oaln məlumata görə, Bakıdakı məşhur "Poxlu dərə"nin də adı dəyişdirilib, Güllü dərə olacaq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib