Dərc edilib: 04-02-2023

https://www.nuh.az/33807-.html

Məhəmməd Peyğəmbərin xristianlarla bağlı imzaladığı Fərman

04.02.2023 23:26:49

LIVE

İstanbulda ərəb dilində Məhəmməd peyğəmbərin imzaladığı Fərman saxlanılır.

Azpost.info bildirir ki, bu Fərman Sinay yarmadasında yerləşən xristian məbədi və oranın rahibləri barədədir.

Monastırın nümayəndələri 620-ci ildə Məhəmməd peyğəmbərlə görüşərək həzrətdən toxunulmazlıq və müdafiə ilə bağlı fərman alıblar. Sənəddə Sinay monastırının rahiblərinin incidilməsi qadağan olunur, onlar vergidən azad edilir.

Sənəd dəri üzərində küfi xətlə yazılıb və peyğəmbərin əl izi ilə təsdiqlənib.

Fərmanda deyilir:

“Bisimillah rəhmanir-rəhim! Allahın rəsulu Məhəmməd tərəfindən yazılan bu Fərman ondan ötrü verilir ki, onun arxasınca gedənlər özlərinə bəraət axtarmasınlar.

Mən bu sənədi Şərqin və Qərbin, yaxında, uzaq torpaqlarda yaşayan xirstianları üçün yazdırdım. Bu sənəd hazırda yaşayan, onlardan sonra yaşayacaq, bizim şəxsən tanıdığımız və tanımadığımız xristianlar üçündür.

Bu Fərmanı pozan istənilən müsəlman Allahla əhdini pozmuş sayılır və vədinə xilaf çıxmış sayılır. Bununla da Allahın qəzəbinə tuş gələcək.

Mən rahibləri düşmənləri tərəfindən hər hansı təqibdən, əzabdan və təqibdən mühafizə edirəm. Onlar özlərini və mülklərini müdafiə etmək hüququ var və onları kimsə zorla məcbur edə bilməz.

Heç bir yepiskop öz yeparxiyasından, keşiş məbəddən qovulmayacaq, zəvvarlar öz sitayiş yolunda əngəllə qarşılaşmayacaq.

Heç bir kilsə və digər xristian məbədləri qarətə və məhvə məruz qalmayacaq. Kilsə və məbəddən bir daş belə müsəlmanlar üçün məscid və ev tikintisinə getməyəcək. Bu qadağanı pozan istənilən müsəlman Allaha və onun Peyğəmbərinə qarşı çıxmış sayılır.

Meşədə, çay kənarında, Qərbdə, Şərqdə, Şimalda, Cənubda yaşamasından asılı olmayaraq yepiskop və rahiblər vergidən azaddır. Mən onlara ləyaqətlə söz verirəm. Bundan sonra onlar mənim bu vədimin mühafizəsindədirlər və bütün dünyəvi çətinliklərdən müdafiə ediləcəklər. Kilsə işlərində onlara lazım olan bütün yardım ediləcək. Onlar hərbi mükəlləfiyyətdən azaddırlar. Onlar bundan sonra müsəlmanların müdafiəsi altında yaşayacaqlar.

Bu sənədin göstərişlərini Qiyamət Gününə qədər heç kim poza bilməz. Məhəmməd. Allahın Elçisi!”

Fərmanda şahidlərin adları da qeyd olunub. Fərman Hz.Əli tərəfindən yazılıb. Aşağıda adı qeyd olunanlar təsdiq edib: Əli ibn Əbu Talib, Əbu Bəkr ibn Əbu Kahaf, Ömər ibn Xəttab, Ösman ibn Əffan, Əbul Vərda, Əbu Hureyrə, Abdullah ibn Məsud, Abbas ibn Əbdul Mütəlib, Fədl ibn Abbas, Zubeyir ibn Avam, Təlhə ibn Abdullah, Səid ibn Maaz, Səid ibn Ubeydə, Sabit ibn Kays, Zeyd ibn Sabit, Əbu Hənifə ibn Anin, Həşim ibn Ubeydə, Haris ibn Sabit, Əbdüuləzim ibn Həsən, Muəzzəl ibn Qureyş, Abdullah ibn Anry, Əmir ibn Bəşir…(Allah onlardan razı olsun)

Fərman Hicrətin 2-ci ilində, Məhərrəm ayının 3-də yazılıb.

1517-ci ildə Osmanlı sultanı Səlim Misiri işğal edən zaman monastır təhlükə altına düşür. Rahiblər sultan Səlimə Məhəmməd peyğəmbərin Fərmanını təqdim edirlər.

Sultan fərmanın orjinalını özü ilə İstanbula gətirir, əvəzində rahiblərə onun türkcə tərcümə edilmiş nüsxəsini verir.

Fərmanın bir nüsxəsi Sinay monastırında saxlanılır.

Sinaydakı Müqəddəs Yekatrina monastırı (Sinay monastırı) dünyanın ən qədim xrisitan məbədidir. Onun əsası ermızın 4-cü əsrində qoyulub. Sinay dağının ətəyində, 1570 metr hündürlükdə yerləşir.

Monastır Roma imperatoru Yustianın əmri ilə tikilib. Onun rahibləri yunan pravoslav inancının tərəfdarları təşkil edir. 2002-ci ildə monastır YUNESKO-nun dünya irsi siyahısına salınıb.

Azpost.info

NUH informasiya agentliyi səhifəsindən çap edilib