Dərc edilib: 05-02-2023

https://www.nuh.az/33813-.html

Həyat yoldaşı Vaqif Səmədoğludan danışdı - VİDEO

05.02.2023 01:47:01

LIVE

Baku TV-nin “Retro Baku” verilişinin növbəti buraxılışı Xalq şairi Vaqif Səmədoğluya həsr edilib.

Görkəmli şair Səməd Vurğunun oğlu, Vəkilovlar ailəsinin sonbeşiyi Vaqif Səmədoğlu fərqli yaradıcılığı ilə sevilirdi. Xüsusi yumor hissinə sahib idi, həm də peşəkar musiqiçi idi.

Poeziya, teatr və dramaturgiya sahəsində ciddi fəaliyyət göstərən şairin ailəsi və dostları onun haqqında xatirələrini bölüşüblər.

Şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova V.Səmədoğlunun ona yazdığı şeirdən danışıb.

“Deyirdi, mən Azərbaycan poeziyasında yeganə adamam ki həyat yoldaşıma şeir yazmışam”, - deyə Nüşabə xanım qeyd edib.

Daha ətraflı süjetdə:

NUH informasiya agentliyi səhifəsindən çap edilib