Dərc edilib: 05-02-2023

https://www.nuh.az/33820-.html

Yeni doğulan körpəsini asfaltın üstünə atan ana SAXLANILDI

05.02.2023 19:45:40

LIVE

Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yeni doğulmuş körpənin anası müəyyən olunub.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxs — 1999-cu il təvəllüdlü Tünzalə Əkbərova saxlanılaraq istintaqa təhvil verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib