Dərc edilib: 05-02-2023

https://www.nuh.az/33824-.html

Rusiya təmsilçisi “Dünya gözəli” SEÇİLDİ

05.02.2023 22:21:06

LIVE

Rusiya təmsilçisi ilk dəfə “Dünya gözəli” seçilib.

"Unikal" xəbər verir ki, Udmurtiya sakini Yelena Maksimova evli qadınlar arasında 2022-ci ilin “Dünya gözəli” seçilib.
Bu il beynəlxalq gözəllik müsabiqəsi 30 yanvar - 5 fevral tarixlərində Sofiya şəhərində keçirilib. Müsabiqənin fevralın 4-də keçirilən final mərhələsində 34 yaşlı Yelena Maksimova qalib olub.

Müsabiqənin finalında Çin, Tailand, Filippin, Yaponiya, Hindistan, Belarus, Ukrayna, Almaniya, İspaniya, ABŞ və digər 120 ölkənin təmsilçiləri iştirak ediblər. 2007-ci ildən keçirilən müsabiqədə ilk dəfə Rusiya təmsilçisi birinci yeri tutub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib