Dərc edilib: 06-02-2023

https://www.nuh.az/33831-.html

Nazir bu xanımı yüksək vəzifəyə təyin etdi (FOTO)

06.02.2023 15:26:47

Mədəniyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyəti sədrinin müavini Məmmədova Mətanət Nəbi qızı vəzifəsindən azad edilib.

 
NUH.az    Unikal-a istinadən məlumatına görə, nazir Sahil Babayevin əmri ilə, o, Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri təyin edilib.
 
DTSERA-nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə Məhərrəmov Rəşad Əslixan oğlu təyin edilib.
 
Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən saytımıza təsdiqləyiblər.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib