Patriarx Kirill və keşişlərin DTK agenti olduğu təsdiqləndi- Bəs bizdə?
Patriarx Kirill və rus keşişlərinin DTK agentləri olduqları təsdiqləndi
Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill 1970-ci illərdə DTK-da çalışıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İsveçrənin “Tages-Anzeiger” qəzeti konkret sənədlərə əsaslanaraq yazıb.
Məlum olub ki, gələcək patriarx Cenevrədə olarkən Moskva Patriarxlığını Ümumdünya Kilsələr Şurasında təmsil edib. Burada onun kod adı "Mixaylov" olub və SSRİ-yə qayıtdıqdan sonra karyera nərdivanında sürətlə irəliləməyə başlayıb.
Bu gün də keçmiş KQB (yəni DTK) agentləri sözün əsl mənasında kilsəyə nüfuz edirlər. Onlardan bəziləri aşağıdakılardır:
Leninqrad və Ladoga mitropoliti Nikodim
Bu adam Patriarx Kirilin müəllimi sayılır. Kod adı "Svyatoslav"dır. 1970-ci ildə Nikodim SSRİ ilə bağlı iddi təbliğat fəaliyyəti aparıb. Bu məqsədlə o, ABŞ və Avropanın tanınmış din adamları ilə görüşlər keçirib, hətta BMT Baş katibi ilə görüşməyə nail olub.
Krutisk və Kolomna mitropoliti Yuvenali
Bu adamın DTK-dakı kod adı "Adamant"dır. 60-cı illərdə xaricə göndərilmək üçün Sov.İKP Mərkəzi Komitəsində təsdiq prosedurundan keçib. “Adamant”, yəni hazırkı “Yuvenalni” 1969-cu ildə Bolqarıstan Pravoslav Kilsəsinin mitropolitinin Moskvaya səfəri zamanı ona “faydalı ideoloji təsir” göstərib. 2007-ci ildə Yuvenali Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinat Mərkəzində Georgi Kilsəsini qurub.
Arxiyerey Yevsevi
DTK-da onun kod adı "Tsvetkov" olub. “Adamant” kimi o, da 1965-ci ildə Qüdsə göndərilmək üçün Sov.İKP MK-da təsdiq prosedurundan keçib. Yevseviy bundan başqa 1984-cü ildə "Rus Pravoslav Kilsəsinin məxfi agentllərini idarə etmək üçün Alma-Ataya göndərilib..
Perm və Kunqur Metropoliti Mefodi
DTK-da "Pavel" kod adıma malik olub. Litva mitropoliti Xrizostom onu "DTK tərəfindən təyin olunan ateist, çirkin insan" adlandırır. Mefodiy özü sonradan dolayısı ilə SSRİ-də hakimiyyət orqanları ilə əlaqəsini təsdiqləyib.
Yepiskop İlian
DTK-da “Sergey” kod adını daşıyan İlian 1975-ci ildə KQB agenti kimi Vatikana təhsil almağa göndərilibmiş.