Dərc edilib: 07-02-2023

https://www.nuh.az/33839-.html

Leninin cəsədini Mavzoleydən oğurlamaq istədi

07.02.2023 13:30:00

LIVE

Rusiyanın paytaxtında bir şəxs Mavzoleydən Vladimir Leninin cəsədini oğurlamağa cəhd edib.

"Unikal" xəbər verir ki, hadisə fevralın 5-də gecə yarısı baş verib. Sərxoş vəziyyətdə olan şəxs Mavzoleyi gəzib, daha sonra binanın qapısını açmağa cəhd etmək qərarına gəlib, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Polis bölməsinə aparılan şəxs Leninin cəsədini oğurlamağa cəhd etdiyini etiraf edib. 

Saxlanılan şəxsin qeyri-adi davranışı ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları psixiatrik yardım üçün təcili yardım çağırıb və problem yaradan şəxsi həkimlərə təhvil verib.

Məlum olub ki, fevralın 13-dən Mavzoley iki ay müddətinə ictimaiyyət üçün bağlı olacaq . Bu, profilaktik tədbirlərlə bağlıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib