Dərc edilib: 07-02-2023

https://www.nuh.az/33845-.html

“Retro Holding”in zavodu məhkəməyə verildi

07.02.2023 22:08:31

LIVE

Şirvan şəhərində "Retro Holding” MMC-yə məxsus sement zavodu məhkəməlik olub.

 "Retro Holding” İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub və Məcəllənin 518.1 maddəsi ilə ittiham edilir. Belə ki, şirkətə məxsus obyektin yanğın təhlükəsizliyi ilə bağlı tələblər yerinə yetirilməyib. 
 
Şirvan Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Ceyhun Mustafayev sədrlik edəcək.
Məhkəmədə təsdiqini taparsa, zavod bu maddəyə görə, 350 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib