Dərc edilib: 08-02-2023

https://www.nuh.az/33851-.html

Türkiyədəki zəlzələdən sonra Kosovoda milli MATƏM elan edilib

08.02.2023 16:20:52

LIVE

Kosovo prezidenti Vyosa Osmani Türkiyədə baş verən zəlzələdən sonra bir günlük milli matəm elan edib. Musavat.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

“Bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanlara dəstək olmalıyıq. Türkiyə və Suriya xalqlarının dərdi bizim də ağrımızdır. Ona görə də konstitusiyaya və qanuni səlahiyyətlərə əsaslanaraq, Türkiyə dövlətinə və vətəndaşlarına hörmət əlaməti olaraq, 8 fevral 2023-cü il çərşənbə günü Kosovo Respublikasında dövlət matəm günü elan etdim”, - deyə Osmani bildirib.

O əlavə edib ki, Kosovo qüvvələri artıq axtarış-xilasetmə əməliyyatlarında iştirak edir, bundan başqa lazım gələrsə, əlavə dəstək də veriləcək.

Kosovo hökuməti axtarış və xilasetmə əməliyyatlarına dəstək olmaq üçün bazar ertəsi axşam saatlarında Kosovo təhlükəsizlik qüvvələrinin 30-a yaxın əməkdaşını Türkiyəyə göndərib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib