Dərc edilib: 08-02-2023

https://www.nuh.az/33852-.html

Zəlzələdə həlak olanların sayı 8500-ü ötdü - Yenilənir

08.02.2023 17:59:56

LIVE

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 6000-i ötüb.

“Qafqazinfo” Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, ölənlərin sayı 6234 nəfərə çatıb.

Yaralıların sayı isə 37 011 nəfərə yüksəlib.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6957, yaralıların sayı isə 38 224 nəfərə çatıb.

***

AFAD-ın məlumatına görə, ölənlərin sayı 7108 nəfərə yüksəlib, yaralıların sayı isə 40 910 nəfərə çatıb. 

***

Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, ölənlərin sayı 8574-ə yüksəlib, 49 133 nəfər xəsarət alıb. 6444 bina isə dağılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib