Dərc edilib: 10-02-2023

https://www.nuh.az/33875-.html

Zəlzələ qurbanlarının sayı 50 minə çatacaq, Türkiyədə seçkilərin vaxtı...

10.02.2023 12:09:01

LIVE

Seçkinin 14 mayda keçiriləcəyini düşünmürəm, hesab edirəm ki, iyunun 18-ə qalacaq.

Bunu Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər jurnalist Murad Yetkinin seçkilərlə bağlı sualını cavablandırarkən deyib.

Jurnalistin “TBMM seçkilərin keçirilməsini 1 il təxirə sala bilərmi” sualına partiya sədri belə cavab verib:

“Məclisdən belə bir qərar çıxacağını ehtimal etmirəm. Biz siyasətçilər seçkilərin keçirilməsi üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik”.

Türkiyədə isə zəlzələdəki insan itkilərinin sayı ilə bağlı qorxunc proqnozlar var, itki rəqəmlərinin 50-100 minə çatacağı proqnozlaşdırılır.

musavat.com 

NUH informasiya agentliyi səhifəsindən çap edilib