Dərc edilib: 11-02-2023

https://www.nuh.az/33887-.html

Elm və Təhsil Nazirliyi əməkdaşının zəlzələ ilə bağlı TƏKLİFİ

11.02.2023 10:24:44

Cəmiyyət

Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir.

 Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərilən dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur. 
Eləcə də Cəbhə bölgəsində müharibə şəraitindən yeni  çıxmış  Füzuli rayonu Horadiz şəhər sakini, Elm və  Təhsil Nazirliyinin əməkdaşı  Kazımov Amar İbrahim oğlu  möhtərəm  Prezdenimiz  cənab İlham Əliyevə  müraciət edərək bildirir: 
"Dost və Qardaş ölkəyə, orada zərər çəkmiş bacı və qardaşlarımıza  dəstək  olmaq   məqsədilə vahid ölkə fondu xəttilə hər ay  könüllü olaraq  əməkhaqqımızdan müəyyən faiz tutularaq ölkəmiz adından qardaş ölkəyə göndərilməsini  təklif edirəm".

Uca Tanrı dünyamızı qorusun! Türkiyə, səninləyik!

NUH informasiya agentliyi səhifəsindən çap edilib