Dərc edilib: 11-02-2023

https://www.nuh.az/33888-.html

UTOPYADAN DİSTOPİYAYA, ƏDƏBİYYATDA ZƏLZƏLƏ OLSA...

11.02.2023 12:00:35

Mədəniyyət

 

Şair  Kəramət Kəramət yazır 

UTOPYADAN DİSTOPİYAYA,
ƏDƏBİYYATDA ZƏLZƏLƏ OLSA...
TAMADAYLA MOLLA-İMAM EYNİLİYİ

...biz həmişə xəyali, havalı, romantik, patetik olmuşuq.
YA DUA EDİRİK, YA DA ŞÜAR DEYİRİK, NORMAL ADAM KİMİ DƏ DANIŞA BİLMİRİK BİRİ-BİRİMİZLƏ.
Adamlar da, kütlələr də janr olaraq zamanın hərəkətinə, ruhuna görə, dünyabaxışının istiqamətinə görə dəyişir.
Biz isə dəyişmirik, ən yaxşı halda bizi dəyişdirirlər, yəni proses bizdən kənarda baş verir-həyat bizim ətrafımızda -hadisələrlə cərəyan edir.
Seyrçiyik. Sonra da həyatdan çox zadlar istəyirik, o da bizə heç nə vermir, niyə də versin ki? Nə etdik ki, nə də alaq?
Sarsaq-sarsaq, içiboş, mənasız-məzmunsuz-hadisəsiz-predmetsiz, vaxtıkeçmiş şeirlər-meirlər yazıb, oxucu kütləsinə yedizdirib zəhərləyəcəyik. Nağıl danışacaq, yalan-palan üyüdəcəyik və elə biləcəyik ki, bir şeyik. Vicdanımız ona görə olmayacaq ki, başqacür yaşamaq şansı tanımayacağıq biri-birimizə.
Başımıza gələnləri də kənardan biləcək, heç özümüzdə bir qram günah belə görməyəcəyik, nə işdisə-illətdisə Allah da bütün qəza-qədəri bizim üzərimizdə təcrübədən keçirir- "Şərq boyda labarotoriya".
Arsız-arsız yekə-yekə danışacağıq hələ.
Boş çuval kimiyik; kim nə istəsə içinə doldura bilər.
İnsan olaraq keyfiyyətsızın tikdiyi ev də, yazdığı söz də başına uçar.
Oturub Allaha dua edirik ki, 5 baldan yuxarı zəlzələ etmə-eləmə, ya Allah., əhli-Bakıya yazığın gəlsin. Allah da yazıqları sevmir.
Mənsə deyirəm; YA ALLAH BİZİM ƏDƏBİYYATIZDA ZƏLZƏLƏ ELƏ , QOY BU İÇİBOŞ, MƏNASIZ-MƏZMUNSUZ, VAXTA UYMAYAN GÖRSƏTMƏLİK SÖZ BİNALARI YERLƏ-YEKSAN OLSUN Kİ, BƏLKƏ SONRAKILAR ÖZLƏRİNƏ DAVAMLI SÖZ EVLƏRİ TİKƏ BİLSİN.
"Amin" deməkdən qorxmayın.
MÖCÜzə gəzməyin, 100-ə 99 % yoxdur, 99-u 1-ə uduzmayaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib