Dərc edilib: 11-02-2023

https://www.nuh.az/33891-.html

35 il sonra Türkiyə-Ermənistan sərhədi AÇILDI

11.02.2023 19:42:14

LIVE

Türkiyə-Ermənistan sərhədi 35 il sonra açılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Ermənistanın Türkiyəyə humanitar yardım göndərməsi sayəsində baş verib.

Ermənistandan gələn humanitar yük dolu  5 TIR 35 ildir bağlı qalan Alican sərhəd qapısından keçib.

Qeyd edək ki, sözügedən sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə istifadə olunub. Həmin il Ermənistanda baş verən zəlzələ zamanı Türk Kızılay tərəfindən yığılan yardımlar fəlakət bölgəsinə aparılmışdı.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib