Dərc edilib: 11-02-2023

https://www.nuh.az/33893-.html

44 günlük Vətən müharibəsinin qəhrəmanı Kəmaləddin Heydərovdan xahiş edir

11.02.2023 20:41:42

LIVE

44  günlük  Vətən müharibəsinin iştirakçısı,  bir neçə dəfə medal və ordenlə təltif edilmiş  Qarabağ qazisi Səmədov  Şali  Fəda oğlu Fövqəladə Hallar naziri, cənab Kəmaləddin Heydərova müraciət edib. 

Müraciətdə deyilir: 

Hörmətli  Kəmaləddin müəllim ! 

Cəmiyyət Sizi  xeyirxah, millətinə bağlı bir dövlət adamı kimi tanıyır. 

Mən   08.06. 1996-cı ildə   Lerik  rayonun  Cəngəmiran kəndində  anadan olmuşam. Tam orta məktəbi bitirmişəm. İkinci Vətən Müharibəsinin iştirakçısıyam. Cənab Prezident tərəfindən " Füzulinin azad olunmasına", "Şuşanın azad olunmasına" görə medallarla  və ordenlə təltif olunmuşam. 

Cənab nazir ! 

Atam və anam  təqaüdçüdür və öhdələrində  ümumtəhsil məktəbində oxuyan bir bacım var. Ailənin bütün maddi məsuliyyəti mənim üzərimdədir. 

Qardaşım  Səmədov Vilayət  vətənə hərbi xidmətdədir. 

Digər qardaşım Səmədov Seyfəli ucqar kəndlərin birində müəllim kimi fəaliyyət  gəstərir. 

Cənab nazir ! 

Özüm Yunan-Roma güləşi üzrə  1-ci dərəcəli  idmançıyam, boyum 1 m 82 sm.  Ailəliyəm və  2 övladım var. 

Əvvəllər  Mədən sənayesində işləmişəm. 

Hazırda Xəzər rayonunun  Binə qəsəbəsində yaşayıram. 

Cənab nazir ! 

Sizdən xahiş edirəm, məni tabeçiliyinizdə  olan Yanğınsöndürmə idarəsində işlə təmin edəsiniz. 

Əvvəlcədən təşəkkürlər  :  055-705-51-10

NUH informasiya agentliyi səhifəsindən çap edilib