Dərc edilib: 12-02-2023

https://www.nuh.az/33897-.html

25 yaşlı müəlliməni maşın vurub öldürdü

12.02.2023 11:08:12

LIVE

Şəmkirdə atası ilə birgə yolu qarşı tərəfə keçmək istəyən, 1998-ci il təvəllüdlü Səma Nağdıyevanı avtomobil vurub. 

“Qafqazinfo” xəbər verir ki, yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü isə avtomobili ilə ərazidən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən qadın orta məktəb müəllimi olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib