Dərc edilib: 13-02-2023

https://www.nuh.az/33905-.html

Selçuk Bayraktar zərərçəkənlərə 1000 mənzil bağışlayır

13.02.2023 08:08:40

LIVE

“Baykar Makine” şirkəti fəlakət qurbanlarının daimi sığınacaq ehtiyaclarını həll etmək üçün AFAD ilə koordinasiyalı şəkildə min ev bağışlayacaqlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, Selçuk Bayraktar yayımladığı videokı açıqlamasında “BAYKAR şirkəti olaraq min ev bağışlayırıq”,-deyə bildirib. 

Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar, şirkətin sosial media hesablarında paylaşdığı videoda bunları deyib: "“Baykar Makine” şirkəti olaraq, problemin həlli üçün AFAD ilə koordinasiyalı şəkildə 1000 ev bağışlayaraq #Mənzil Səfərbərliyinə başlayırıq. Ümumi yardım məbləğimiz 1 milyard 855 milyon TL-dir. Yaralarımızı birlikdə sağaldacağıq. Bölgədəki təcili sığınacaq ehtiyacını da dəstəkləmək üçün "BAYKAR Konteyner Şəhəri"ni işə salırıq. Zələzələ qurbanı olan qardaşlarımız evləri təhvil verilənə kimi, burada yaşaya biləcəklər. Bu çətin günləri birlikdə keçəcəyik".

NUH informasiya agentliyi səhifəsindən çap edilib