Dərc edilib: 14-02-2023

https://www.nuh.az/33922-.html

Almazbek Atambayev azadlığa buraxıldı

14.02.2023 16:22:18

Dünya

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Qeyd edək ki, A. Atambayev kriminal avtoritet Aziz Batukayevin azadlığa buraxılmasında yol verilən korrupsiya əməllərində ittiham edilərək 11 il 2 ay həbs cəzasına məhkum edilmişdi. Lakin daha sonra ölkənin Ali Məhkəməsi aşağı instansiyanın qərarını ləğv edərək işə yenidən baxılması üçün yeni məhkəməyə yönləndirib. Atambayev, həmçinin 2019-cu ilin avqustunda həbsi zamanı baş verən iğtişaşlarla bağlı bir sıra ağır maddələrlə də ittiham olunub.

Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib