Dərc edilib: 14-02-2023

https://www.nuh.az/33923-.html

“Yanvarda zəlzələ haqda xəbərdarlıq almışdılar” - Şahinin anası

14.02.2023 18:45:55

LIVE

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan dörd azərbaycanlı tələbədən biri - Şahin Verdiyevin anası Esmira Hüseynova “Bizimləsən” verilişində qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, o, oğlu ilə sonuncu dəfə zəlzələdən bir neçə saat əvvəl danışıb: “Dostları ilə evdə idilər. Zəlzələdən sonra bir xəbər ala bilməmişik”. 

E. Hüseynova, həmçinin bildirib ki, oğlu ona hələ yanvar ayında zəlzələ olacağı barədə xəbərdarlıq aldıqlarını demişdi.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dağıntı altında qalan S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib