Dərc edilib: 14-02-2023

https://www.nuh.az/33924-.html

Valentin və bizim qudurmuş məmurlar...

14.02.2023 22:16:01

Cəmiyyət

Bir neçə ildir hansı günün Sevgililər Günü kimi qeyd olunması ilə bağlı cəmiyyətdə polemika gedir.  

 14 fevral Valentin Günü, yoxsa başqa bir gün..? 
Sözün düzü, hansı günün Sevgililər Günü kimi qeyd olunmasının mənim üçün zərrə qədər əhəmiyyəti yoxdur. 
Əsas olan cəmiyyətdə sevginin, mərhəmətin, şəfqətin özünün olmasıdır. 
İnsanların üzündən kin-küdurət, qəzəb, nifrət yağırsa, mərhəmətdən, ədalətdən əsər-əlamət yoxdursa, istəyirsən, ilin bütün günlərini eşq, məhəbbət, sevgi günü elan elə, nə faydası..? 
Əgər həkim xəstənin imdad diləyən gözlərinə deyil, cibinə baxırsa, professor öz tələbəsinə ölkənin gələcəyi kimi deyil, pul dağarcığı kimi baxırsa, din dinsizlərə, yol yolsuzlara, işıq işıq kəsənlərə ETİBAR edilibsə, adamların üzündən nur deyil, zəhrimar yağırsa, hansı sevgidən danışmaq olar. 
Sevgi, mərhəmət geniş anlayışdır. Sevgi təkcə öpüşmək, sevişmək demək deyil. 
Əgər bir ölkədəki polis parkda iki öpüşən gənci tutub aparıb həbslə qorxudub pul alırsa, hansı sevgidən danışmaq olar? 
Bəlkə, cavanlarımıza öpüşməyi qadağan edib, bir-birinin üzünə tüpürməyi öyrədək. Onsuz da cəmiyyətimizdə bir-birinin nəinki üzünə, hətta çörəyinə, suyuna, işığına tüpürənlərin sayı kifayət qədərdir...
Tüpürmək hələ yaxşıdır...Bu gün millətin başını “batıran” məmurlara nə ad verək...
Belə olan halda Sevgililər Gününün hansı ayın neçəsində qeyd olunmasının fərqi varmı? 
Səhərdən-axşamacan sevgidən, mərhəmətdən, humanizmdən danışmaqdan nə çıxar..? 
Bəlkə, bunları Valentin eləyir..? 
Axı, unutmaq lazım deyil ki, şüarla, sloqan atmaqla sevgi, mərhəmət olmur...
Bəlkə, Valentin bizim harınlamış, qudurmuş məmurlardan betərdir.?

 

NUH.az-in bas redaktoru Kamran Meherremli

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib