Dərc edilib: 14-02-2023

https://www.nuh.az/33925-.html

Prezident Gömrük Komitəsinə yeni sədr təyin etdi

14.02.2023 22:32:49

LIVE

Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Ş. Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, 2022-ci ilin iyulunda Səfər Mehdiyev DGK-nin sədri vəzifəsindən azad edilmişdi. Prezidentin Sərəncamı ilə Şahin Bağırov DGK sədrinin I müavini təyin edilərək sədrin səlahiyyətləri ona həvalə olunmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib