Dərc edilib: 15-02-2023

https://www.nuh.az/33933-.html

Ömər Eldarov rektor vəzifəsindən azad edildi - Yeni təyinat

15.02.2023 15:19:56

LIVE

Prezident İlham Əliyev Xalq rəssamı, akademik Ömər Eldarovla bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Xalq rəssamı Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Fotoda Natiq Əliyev

NUH informasiya agentliyi səhifəsindən çap edilib