Dərc edilib: 15-02-2023

https://www.nuh.az/33937-.html

Azərbaycan-Ermənistan sərhəddində 15 nəfər Almaniya polisi....

15.02.2023 22:55:05

LIVE

Almaniyadan 15 polis əməkdaşı Ermənistan və Azərbaycan arasında atəşkəsin qorunması üzrə beynəlxalq missiyada iştirak edəcək.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. Məlumata görə, silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfdən sərhəddə patrul xidməti kimi fəaliyyət göstərəcək. Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bu haqda deyib.

Federal Nazirlər Kabineti Almaniyanın Aİ-nin Ermənistandakı yeni missiyasında (EUMA) Azərbaycanla beynəlxalq sərhəddə iştirak etmək qərarına gəlib”, - deyə o, brifinqdə bildirib. O, EUMA missiyasında “maksimum” 15 alman hüquq-mühafizə orqanının iştirak edəcəyini, Avropanın müxtəlif ölkələrindən iştirak edən polis əməkdaşlarının ümumi sayının isə 100 nəfər olacağını qeyd edib. “Ermənistan və Azərbaycan sərhədində vəziyyət gərgin olaraq davam etdiyi üçün yeni missiyaya ehtiyac var”, o əlavə edib.
EUMA missiyası gələn bazar ertəsi - 20 fevralda - fəaliyyətə başlayacaq. Bildirilir ki, məqsəd silahsız patrulların köməyi ilə atəşkəs rejiminə riayət olunmasına nəzarət etməkdir.

Bundan əvvəl missiyaya Fransadan olan 8 jandarmanın daxil olacağı bildirilirdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib