Dərc edilib: 16-02-2023

https://www.nuh.az/33945-.html

Putinin keçmiş arvadının təzə ərinin İspaniyadakı...

16.02.2023 14:34:27

LIVE

Rusiya Federasiyası prezidentinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya yeni əri Artur Oçeretnı ilə birlikdə Avropa İttifaqı sanksiyalarına düşmək qorxusundan İspaniyadakı daşınmaz əmlakları satırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın El Mundo nəşri yazır.
Oçeretnı cütlüyü İspaniyanın cənubundakı Marbella kurort şəhərində yerləşən Lomas del Rey yaşayış kompleksində iki mənzili təcili satırlar. Əmlakın dəyəri 2,2 milyon avrodur.
Nəşrin məlumatına görə, satışın səbəbi Aİ sanksiyalarına düşmək qorxusudur. Putinin keçmiş həyat yoldaşı artıq Böyük Britaniyanın sanksiyalar siyahısındadır.
Lyudmila Putindən 2013-cü ildə boşanıb, lakin Rusiya prezidentinin keçmiş həyat yoldaşını maliyyələşdirməyə davam etdiyinə dair şübhələr var. 
İspaniyada daşınmaz əmlak Oçeretnı tərəfindən 2011-ci ildə və 2014-cü ildə, Lyudmila ilə evliliyindən az əvvəl alınıb və öz adına rəsmiləşdirilib. Söhbət sahəsi 229 və 405 kvadratmetr olan iki mənzildən gedir. Alınma xərclərini ödəmək üçün Oçeretnı İspaniya banklarının birindən ipoteka krediti alıb.
İspaniya mətbuatı qeyd edir ki, dəyəri 500 min avrodan çox olan ispan əmlakının alınması əcnəbilərə İspaniyada əvvəlcə müvəqqəti - bir il, sonra isə daimi yaşayış icazəsi almaq hüququ verir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib