Dərc edilib: 17-02-2023

https://www.nuh.az/33950-.html

Sevgilisini otelin 6-cı mərtəbəsindən atdı

17.02.2023 10:49:25

LIVE

Bakıda kişi qeyri-rəsmi münasibətdə olduğu qadını 6-cı mərtəbədən atıb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, fevralın 16-da Nəsimi rayonunda bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması məlum olub. Qadın otelin 3-cü mərtəbəsindəki çardağın üzərinə düşməsi nəticəsində sağ qalıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib