Dərc edilib: 01-03-2023

https://www.nuh.az/33964-.html

Səbuhi Xanlarov həbs edildi

01.03.2023 13:33:46

Hadisə

Bloqer Səbuhi Xanlarov həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub.

Bloger barəsində 15 sutka müddətinə inzibati həbs qərarı verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Xətai Rayon Polis İdarəsi tərəfindən saxlanılan S.Xanlarov sərbəst buraxılmışdı.

Qeyd edək ki, məlumatı ilk olaraq manset.az saytı yayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib