Dərc edilib: 01-03-2023

https://www.nuh.az/33968-.html

Pediatriya İnstitutuna yeni direktor təyin edildi

01.03.2023 18:22:28

LIVE

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Allahverdi Musayev icra edirdi. O, 2,5 ildir tutduğu postdan səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə ayrılmışdı

NUH informasiya agentliyi səhifəsindən çap edilib