Dərc edilib: 01-03-2023

https://www.nuh.az/33970-.html

"Kristal Abşeron"un tikdiyi bina əyildi: sakinlər təhlükədə - VİDEO

01.03.2023 18:31:00

LIVE

“Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var.

Bu barədə Bakupost.az -a yerli sakinlər bildiriblər.

Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.

"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib.

Sayt məsələ ilə bağlı "Kristal Abşeron" şirkəti ilə əlaqə saxladıq:

Şirkətdən məsələnin araşdırılıb, sabah məlumat verəcəklərini bildiridilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib