Dərc edilib: 01-03-2023

https://www.nuh.az/33971-.html

Prezident Xalq artistini nazir müavini təyin etdi

01.03.2023 22:03:04

LIVE

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Hüseynov Mədəniyyət nazirinin müavini təyin edilib. 

 “Qafqazinfo”nun məlumatına görə, Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.

O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq müsabiqələrin laureatı və diplomantıdır, bir sıra  məşhur orkestr və musiqi kollektivləri ilə birgə konsertlər verib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib