Dərc edilib: 01-03-2023

https://www.nuh.az/33979-.html

Şəfəq Abdullayeva professor vəzifəsinə seçilib

01.03.2023 17:00:55

İqtisadiyyat

ADU-nun Elmi Şurasının qərarı ilə Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti  i.f.d. Şəfəq Abdullayeva professor vəzifəsinə seçilib. 

Şəfəq Abdullayeva 4 dərslik – “ABŞ-ın müasir iqtisadiyyatı və onun inkişaf perspektivləri”, “Almaniya Federativ Respublikasının iqtisadiyyatı”, “Yaxın Şərq ölkələrinin iqtisadiyyatı”, “Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı”, 60-a yaxın elmi məqalələrin müəllifidir. Yazdığı məqalələr Kanada, Polşa, BƏƏ, Rusiya, Türkiyədə dərc olunub.

O, Respublikada və xaricdə keçirilən bir çox konfranslarda iştirakçı olub, maraqlı məruzələrlə çıxış edib. Şəfəq Abdullayeva eyni zamanda ADU-da təşkil olunan tədbirlərdə və dəyirmi masalarda fəal məruzəçi kimi çıxış edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib