Dərc edilib: 02-03-2023

https://www.nuh.az/33982-.html

Hacı Şahin dəfn olundu (FOTOLAR)

02.03.2023 18:53:33

Maraqlı
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.
"Report” xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.
Qeyd edək ki, Hacı Şahin Həsənli martın 3-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib