Dərc edilib: 03-03-2023

https://www.nuh.az/33989-.html

Generalı KİSƏLƏYƏNLƏRƏ hökm oxundu

03.03.2023 17:11:54

Maraqlı

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan şəxslər - Ümman Əliyev və tanışlarının məhkəməsi yekunlaşıb.

NUH.az   xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov və Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev, Sahilə Məmmədovaya 4 il 9 ay həbs cəzası alıb. S.Məmmədovanın himayəsində azyaşlı övladı olduğuna görə onun cəzası uşaq 14 yaşına çatana qədər təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Daha bir təqsirləndirilən Pərvin Yusifov isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

Xatırladaq ki, istintaq tərəfindən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib. İttihama görə, dəstə üzvləri Tariyel Qurbanova zəng edərək hədələyib, şantaj yolu ilə pul verməsini tələb ediblər. Onların Qurbanovdan şantaj yolu ilə 63 min manatdan çox pul aldığı bildirilir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib