Dərc edilib: 03-03-2023

https://www.nuh.az/33992-.html

Belorusiyada Nobel mükafatçısına 10 il həbs cəzası

03.03.2023 23:20:08

LIVE

Belarus məhkəməsi 2022-ci il Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Ales Bialiatskini 10 il müddətinə azadlıqdan məhrum edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Belta” agentliyi məlumat yayıb.

Bildirilib ki, Minsk məhkəməsi belarusiyalı olmayan “Vesna” hüquq müdafiə təşkilatının direktorlarına qarşı iş üzrə qərar qəbul edib.

Bialiatski və digər inzibatçıların “qaçaqmalçılıq” və “ictimai asayişi ciddi şəkildə pozan hərəkətlərə hazırlıq, təşkilatlanma və iştirak” maddələri ilə ittiham olunduğu iş üzrə məhkəmə təqsirləndirilən şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrum edib.

Buna əsasən, 2022-ci il Nobel Sülh Mükafatı laureatı Bialiatski 10 il, Valentin Stefanoviç 9 il, Vladimir Labkoviç 7 il, iclasda iştirak etməyən Dmitri Solovyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qərar dərc edildikdən sonra 10 gün ərzində şikayət verilə bilər.

Qeyd edək ki, 2022-ci il üçün Nobel Sülh Mükafatı belaruslu hüquq müdafiəçisi Ales Bialiatski ilə Rusiya və Ukraynadan olan insan haqları təşkilatları Memorial və Vətəndaş Azadlıqları Mərkəzinə verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib