Dərc edilib: 04-03-2023

https://www.nuh.az/33998-.html

İranda azərbaycanlılara qarşı ən böyük qırğınlar da məhz şah dövründə..

04.03.2023 12:02:37

LIVE

Odur ki, Azərbaycanın İrandakı hazırkı proseslərlə bağlı mövqeyi də oradakı soydaşlarımızın bu günkü və gələcək mənafelərinin müdafiəsindən keçməlidir...”
 
 “İrandakı rejimin çökmə prosesi, demək olar ki, başlayıb. Sadəcə, müxtəlif tərəflərin oradakı prosesə yanaşmasından söhbət gedir. Məsələn, Qərbin mövqeyi belədir ki, onları İranda yalnız rejim dəyişikliyi maraqlandırır. Azərbaycanı isə rejim dəyişikliyi ilə yanaşı, Güneydəki soydaşlarımızın taleyi məsələsi də maraqlandırır”
 
Bunu Moderator.az-a açıqlamasında “İrandakı sentyabrdan bəri rejimə qarşı kütləvi iğtişaşlarla və qanla müşayiət olunan son proseslər ölkəni haraya aparır? Deyəsən, teokratik rejimin çökməsi hələ bir xeyli çəkəcək?” sualını cavablandırarkən söyləyib.
 
“Qərbdə indi sonuncu İran şahının oğlunu ortalığa atıblar. Çünki Tehran rejiminin dəyişməsi üçün üzdə olan bir qüvvə kimi ondan istifadə etmək istəyirlər. Və o da bütün müxalif    qüvvələri müxtəlif vədlər verməklə öz ətrafında birləşdirməyə çalışır. Ancaq onu da unutmayaq ki, şah rejimi dövründə Azərbaycan məsələsi daha kəskin, şovinist mövqedən qoyulurdu. Yəni türkcə danışmaq da qadağan olunmuşdu, azərbaycanlıları türk yox, dönmə fars hesab edirdilər. Və bütövlükdə soydaşlarımıza qarşı radikal milli inkar mövqeyi o vaxt daha güclü idi. Bir sözlə,  o vaxtkı İran hakimiyyəti qatı şovinist fars mövqeyindən çıxış edirdi. Və Azərbaycan türklərinə qarşı böyük təqiblər də, ən kütləvi qətliam və qırğınlar da məhz şah dövründə olmuşdu. Odur ki, Azərbaycanın İrandakı hazırkı proseslərlə bağlı mövqeyi də oradakı soydaşlarımızın bu günkü və gələcək mənafelərinin müdafiəsindən keçməlidir. Biz buna hazır olmalıyıq. Və hazırlıq işləri də geniş şəkil almalı və proqramlı, planlı şəkildə həyata keçirilməlidir. Lakin bu saat buna nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm... Şahçı qüvvələr isə Qərbdə, Avropa və Amerikada təşkilatlanırlar və dünyada da İranı təmsil edən qüvvəyə çevrilməkdədirlər. Buna adekvat olaraq Azərbaycan dövləti və diasporu tərəfindən də beynəlxalq səviyyədə Güney Azərbaycan məsələsində təşkilatlanmanı təşkil etməsinə və məsələnin gündəmə gətirilməsinə ehtiyac var” -deyə istiqlalçı deputat vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib