Dərc edilib: 04-03-2023

https://www.nuh.az/34002-.html

Tanınmış yazar Bəsti Əlibəyli mərhum Hacı Şahin barədə yazdı....

04.03.2023 13:44:24

Cəmiyyət

 

Rəhmətlik Hacı Şahinin dəfninə saysız- hesabsız insan kütləsinin toplaşması və hətta mərhumun ilk əbədiyyət gecəsini onun məzarı başında keçirməsi göstərdi ki, cəmiyyətdə son illər müşahidə olunan kütləvi aqressivlik, əslində, sevgisizlikdən doğan bir reaksiyadır.

Heç bir siyasi, ictimai iddiası olmayan, insani mövqeyinə, tituluna, faydalılıq əmsalına görə deyil, Yaradanı üçün sevən işıqlı, imanlı bir İnsan cəmiyyətin kirəcləyib tutulmuş sevgi damarını açdı.
ADAM qədim, bəşəri və əbədi sevgini, sevmək, sevilmək, bölüşmək həsrətiylə yanıb tutuşan insanoğlunun yadına saldı və əbədiyyətə görülməmiş bir ehtiramla, çox unikal bir şəkildə uğurlanmasıyla qarşılıq buldu.
İştə, insana və insanoğluna sevgi, qayğı ən böyük məsələ!!

 

Bəsti Əlibəyli 

NUH informasiya agentliyi səhifəsindən çap edilib