Dərc edilib: 04-03-2023

https://www.nuh.az/34005-.html

MƏHƏMMƏD BAHARLININ 75 İLLİK YUBİLEYİ QEYD EDİLƏCƏK

04.03.2023 17:10:09

Maraqlı

 

İstedadlı jurnalist, gözəl qələm sahibi, bacarıqlı mətbuat xadimi Məhəmməd Baharlının 75 yaşı tamam olur.
 Jurnalist fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetində sıravi müxbir kimi başlayan mərhum M.Baharlı o zamanın məşhur nəşrləri olan “Azərbaycan məktəbi”, “Kənd həyatı”, “Gənclik”, “Molodost” dərgilərinin məsul katibi, “Təhsil” və “Azərbaycan müəllimi” qəzetlərinin baş redaktoru işləmişdir. Xüsusilə, “Azərbaycan müəllimi” qəzeti bu bacarıqlı jurnalistin peşəkarlığının və rəhbər işçi məharətinin üzə çıxmasında müstəsna rol oynamışdır.
Həyatı təhsillə, pedoqoji mətbuatla sıx bağlı olan Məhəmməd müəllim 2002-ci ildən dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində çalışmışdır.
Gözəl jurnalist olmaqla bərabər, o həm də ədəbiyyat sahəsində də qələmini sınamış, hekayələri, şeirləri və elmi-tarixi araşdırmaları ilə də tanınmışdır. Müəllifin “Azərbaycan tarixi: Baharlılar” elmi araşdırması tariximizin çox mühüm dövrünə həsr olunmuşdur.
Mart ayının 11-də, saat 12.00-da Mətbuat şurasının binasında (Məmməd Araz küçəsi - 4) görkəmli jurnalist Məhəmməd Baharlının xatirə tədbiri keçiriləcək. Yubiley yığıncağında Məhəmməd müəllimin qələm dostları, keçmiş iş yoldaşları, Azərbaycan mətbuatının görkəmli simaları, yaxın dostları və qohumları iştirak edəcək, bu işıqlı insanın nurlu xatirəsini yad edəcəklər.
Giriş sərbəstdir. Bütün mətbuat nümayəndələri dəvətlidi

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib