Dərc edilib: 04-03-2023

https://www.nuh.az/34007-.html

Supermarketdəki atışmada ölən Rüfət bu qurumda çalışırmış

04.03.2023 17:30:30

LIVE

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş.

O, ailənin yeganə oğlan övladı imiş.

Qeyd edək ki, R.Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

***

“Azərpoçt”dan bildirilib ki, silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu orada işləmir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib