Dərc edilib: 04-03-2023

https://www.nuh.az/34009-.html

“Bravo”dakı silahlı insidenti törədənlərdən biri “Tarqovı”da məhv edildi

04.03.2023 23:13:08

LIVE

Bu gün Xətai rayonu ərazisində “Bravo” hipermarketdə silahlı insident törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, digəri isə məhv edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhv edilən şəxs “Tarqovı”da yerləşən binalardan birində tanışı olduğu xanımın evində gizlənibmiş.

DİN-dən saytımıza bildirilib ki, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib