Dərc edilib: 05-03-2023

https://www.nuh.az/34015-.html

Zelenskayadan ŞOK açıqlama-Rus hərbçiləri 39 kişiyə cinsi təcavüz edib

05.03.2023 17:42:14

Müsahibə

Ukraynada aparılan işğal zamanı Rusiya hərbçilərinin mülki şəxslərə qarşı 171 cinsi təcavüz faktı müəyyən edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya Lvovda keçirilən “Ədalət naminə Birləşmiş” beynəlxalq forumda çıxışı zamanı danışıb.

Ukraynanın birinci ledisi çıxışında işğal altındakı torpaqlarda mülki vətəndaşların rus hərbçiləri tərəfindən cinsi təcavüzə məruz qalması faktları üzərində dayanıb. Zelenskaya bildirib ki, hazırda Ukrayna Baş Prokurorluğu 171 belə işi araşdırır.

Yelena Zelenskayanın sözlərinə görə, müharibə zamanı təkcə qadınlar deyil, həm də kişilər və uşaqlar da cinsi zorakılığın qurbanına çevrilirlər. Qurbanlar arasında 39 kişi, 13 azyaşlı uşaq olub. Zelenskaya bəzi yerlərdə bütün ailələrin zorlanması ilə bağlı məlumatlar aldıqlarını söyləyib. Birinci xanım təsvir olunan halların sadəcə prokurorluğa məlum faktlardan ibarət olduğunu bildirib. Yəni onların sayı xeyli çox ola bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib