Dərc edilib: 06-03-2023

https://www.nuh.az/34025-.html

Kəsdiyi ağac üzərinə aşdı, öldü

06.03.2023 12:41:27

Maraqlı

Şəkidə 28 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Aşağı Göynük kəndində 1994-cü il təvəllüdlü kənd sakini Səxavət Balacayev Cumakənd kəndi ərazisində işlədiyi evin həyətində ağac kəsərkən yıxılıb. Kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə S.Balacayev aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib