Dərc edilib: 08-03-2023

https://www.nuh.az/34036-.html

Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

08.03.2023 11:54:48

LIVE

Latviya Prezidenti Egils Levits martın 8-də Azərbaycana rəsmi səfərə gəlib.

"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya Prezidenti Egils Levitsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib