Dərc edilib: 08-03-2023

https://www.nuh.az/34037-.html

Adil Xudadatov da Zakir Fərəcovu xilas edə bilmir: Sumqayıtda borc ...

08.03.2023 12:35:45

LIVE

Sumqayıtda icra başçısı  Zakir Fərəcovla iş adamları arasında milyonlarla manatlıq qalmaqal davam edir. JAMAZ.İNFO xəbər verir ki, artıq 7 ilə yaxındır davam edən bu proses getdikcə ciddi şəkil almağa, xərclədikləri pulları ala bilməyən sahibkarlarla yanaşı, tikintidə çalışan fəhlələr də hər gün Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşmağa başlayıblar.

Əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov probelmin onun üçün ciddi təhlükə olduğunu dərk edərək, vəziyyəti nizama salmağa çalışır. Belə ki, o, əvvəlcə sahibkarlarla görüşərək, onlarla danışıq aparıb. Maraqlıdır ki, Fərəcov sahibkarları bir yerdə deyil, ayrı-ayrılıqda qəbul edərək, onlarla danışmağa üstünlük verib. Buna səbəb də onların arasında qorxanları müəyyən edib, bir neçəsinə təzyiq belə göstərib. Hətta sahibkarlardan birinin bu yaxınlarda bu təhdidlərdən dolayı infarkt keçirdiyi də deyilir.

Onunla mübarizədən çəkinməyən, pullarını tələb edən iş adamlarına isə Zakir Fərəcov əvvəlcə torpaq, maşın və obyekt vəd etsə də, sonradan bundan da imtina edib. Bildirib ki, dövlət büdcəsindən pul köçürülməsindən sonra borclu olduğu məbləği hissə-hissə ödəyə biləcək.

Lakin Fərəcovun bu vədi sahibkarları qane etməyib. Ona görə də, dövlət qurumlarına müraciət edərək, onlardan köməklik istəyiblər. Belə olan təqdirdə, Sumqayıtın icra başçısı nə edəcəyini bilməyib. Bu dəfə isə qabağa özünün “kassiri” kimi tanınan, Sumqayıtdakı bütün obyektlərdən pul yığan kimi bilinən Sumqayıt şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri, habelə Zakir Fərəcovun qudası sayılan baş memar Adil Xudadatovu qabağa verib.

JAMAZ.İNFO-ya daxil olan məlumata görə, olduqca bacarıqlı, dildən prəgar olan Xudadatov əvvəlki taktikasına əl ataraq, sahibkarları sakitləşdirməyə çalışıb. O, iş adamları ilə görüşdə deyib ki, guya, Zakir Fərəcov borc içində batır və bu səbəbdən də onların pullarını qaytara bilmir. Eyni zamanda, Sumqayıtda pul yığmağın əvvəlki kimi asan olmadığını bildirməklə, vəziyyətdən çıxmağa çalışıb.

Qeyd edək ki, Adil Xudadatov uzun zamandır Zakir Fərəcovun birinci müavini olmaq üçün çalışır. Lakin bir neçə dəfə təqdimatı Prezident Admnistrasiyasından geri qaytarılıb və uyğun bilinməyib. Amma buna baxmayaraq, ona geniş səlahiyyətlər verilib. Xüsusən də Zakir Fərəcovun göstərişi ilə Sumqayıtda obyektlərdən aylıq pulların toplanması ona həvalə edilib.

Bəzi iddialara görə, Xudadatov həmçinin Fərəcovun pullarını xaricə daşımaqla da görəvlidir. Bunu hansı şəkildə və necə həyata keçirdiyi barədə geniş məlumatlar olmasa da, bilinən odur ki, Sumqayıtın icra başçısının maliyyə işləri məhz onun ixtiyarındadır. Hətta bir çox obyektlərin üzə çıxmaması üçün Adilin yaxınlarının adına keçirildiyinə dair məlumatlar da var.

Bildirək ki, uzun zamandır dövlət rəsmiləri icra başçılarına yerli sahibkarları incitməmək, onlardan xərac toplamamaq barədə nəinki göstəriş veririlər, həm də təlb qoyublar. Lakin nə hikmətdirsə, Zakir Fərəcov üçün bu keçərli deyil. Əksinə, belə tapşırıqlar artdıqca, Adil Xudadatov Sumqayıtda sahibkarlardan tutmuş, kiçicik bir təmir işi aparan şəxsə qədər hər kəsdən pul almaqda davam edir. İş yerində deyil, şəhərdəki məşhur restoranlardan birində özünə qərargah qurmuş Adil Xudadatov bütün “əməliyyatları” orada həyata keçirir.

Görünən odur ki, Zakir Fərəcov 10 milyon manatdan artıq borcu qaytarmamaq üçün iki yol seçib. Birinci yol vaxt qazanmaqdır ki, o, yaşı ilə əlaqədar işdən çıxarılacağını gözləyir. Bu baş verərəsə, borc məsələsi də qapanmış olacaq. İkincisi isə “kassiri” Adil Xudadatovu qabağa verərək, onun əli ilə borcların bir qismini bağlamağa çalışacaq. Bu zaman problem meydana çıxarsa, Adili güdaza verməklə yaxasını kənara çəkmiş olacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib