Dərc edilib: 08-03-2023

https://www.nuh.az/34049-.html

Əli Kərimlinin qaynı 11 il əvvəl niyə həbs olunub ? General açıqladı...

08.03.2023 21:50:10

LIVE

MTN  generalı  Mövlam Şıxəliyev 2012-ci ildə MTN-in Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qayını Elnur Seyidovu həbs etməsindən də danışıb. Elnur Seyidov "Texnikabank”ın Yasamal filialının müdir müavini vəzifəsində işləyirdi. O, 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. 

Mövlam Şıxəliyevin sözlərinə görə, Qərbdən müxalifətə bu bank vasitəsilə pul göndərildiyinə görə, Elnur Seyidovun həbsi məsələsi prezidentlə müzakirə olunaraq, həyata keçirilib.
"Burada əsasən "Texnikabank” işi üzrə epizodlardır. Bu iş üzrə Əli Kərimlinin qaynı Elnur Seyidov da həbs olunmuşdu. Əməliyyat xidməti "Texnikabank”ın cinayətkar fəaliyyəti ilə bağlı işlədi. Müəyyən müddətdən sonra sənədlər toplandı, Elnur Seyidov və sizə də məlum olan insanları saxladılar. Elnur Seyidovun əməlləri ilə bağlı istintaqa sənədlər təqdim olunub ki, Amerikadan üzə bəri Azərbaycan müxalifətinə pul axıntısı birbaşa "Texnikabank”ın Yasamal filialı üzərindən çatdırılırdı. Prokurorluqdan da xahiş edirəm ki, bu məsələni rəhbərliyin diqqətinə çatdırsın. Prezidentin rəhbərliyi altında bu məsələ araşdırılıb və materiallar verilib istintaqa. Həmin iş üzrə qrup rəhbəri Vüsal Ələkbərov olub”, – Mövlam Şıxəliyev bildirib.
Məhkəmə prosesi martın 13-də davam edəcək.
General və üç polkovniklə bağlı cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.
Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.(Meydan TV)

NUH informasiya agentliyi səhifəsindən çap edilib