Dərc edilib: 09-03-2023

https://www.nuh.az/34053-.html

Bakıda kişi, oğlu və 18 yaşlı gəlini DƏM QAZINDAN öldü

09.03.2023 10:39:17

LIVE

Bakıda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, 1999-cu il təvəllüdlü oğlu Elvin Əliyev və gəlini, 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından boğularaq vəfat ediblər.

Onların Sulutəpə qəsəbəsi 12-ci döngədə yerləşən nömrəsiz evdə kirayə yaşadıqları məlum olub.

Araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib