Dərc edilib: 10-03-2023

https://www.nuh.az/34065-.html

Xanım məmurun və rəis oğlunun ölümünə səbəb olan sürücü....

10.03.2023 15:49:28

LIVE

Sabunçu rayonu ərazisində yolu keçmək istəyən iki tələbəni avtomobillə vuraraq öldürən sürücünün istintaqı yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, sürücü Eyvazov Firdovsi Əliş oğlu ilə bağlı iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə məhkəmənin hakimi Əli Məmmədovun sədrliyi ilə 17 mart tarixində baxılacaq. 
Qeyd edək ki, faciəvi hadisə Dövlət Gömrük Akademiyasının qarşısında baş verib. Firdovsi Eyvazov idarə etdiyi "KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib. 
Elvin Əzizov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin Mil-Muğan Regional şöbəsinin rəisi Şahin Əzizovun oğludur.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib